Accessibility links

Əfqanıstanda reydlər zamanı 20 nəfər həlak olub


Əfqanıstanda 3 vilayətində Taliban yaraqlılarına qarşı həyata keçirilən müxtəlif hücumlar nəticəsində 20 nəfər həlak olub. Polisin bildirdiyinə görə, əfqan və xarici qüvvələrin Farah vilayətinin Bakva məhəlləsində Taliban komandirinin evini hədəfə aldığı zaman 9 nəfər ölüb. Dünən baş verən hücumlarda ölənlər arasında uşaqlar və qadınlar da var. Ancaq Taliban komandiri ölməyib. Əfqanıstanda mülki vətəndaşların ölüm faktları çox yüksəkdir. Dünən Uruzqan vilayətində toqquşma zamanı da 9 nəfər həlak olub. Helmənd vilayətində isə xarici qüvvələr gecəyarı keçirdiyi reyd nəticəsində bir yaraqlını öldürməyə nail olub.
XS
SM
MD
LG