Accessibility links

Prezidentliyə namizədlər "Super çərşənbə axşamı"ndan öncə kampaniya aparır


ABŞ prezident seçkilərində namizədlər 20-dən çox ştatda ilkin seçkilərin keçiriləcəyi “super çərşənbə axşamı”ndan öncə kampaniyalarını davam etdirirlər. Rəy sorğularına əsasən, ilkin seçkinin keçiriləcəyi ştatların çoxunda Demokrat partiyasından senatorlar Hilari Klinton və Barak Obama arasında fərq olduqca kiçikdir. Sorğular həmçinin hələlik səslərini kimə verəcəyini müəyyən etməmiş çox sayda demokrat seçicinin olduğunu göstərir. Respublikaçı seçicilərə gəldikdə, rəy sorğularına əsasən, senator Con Makkeyn əsas rəqibi, Massaçusets ştatının keçmiş qubernatoru Mit Romnidən irəlidədir. Respublikaçılar partiyasından daha iki namizəd Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakabi və konqresmen Ron Pol xeyli geridədir.

Bazar günü görüşləri zamanı Hilari Klinton özünü seçki kampaniyasında siyasi hücumlara davam gətirə biləcək bir namizəd kimi göstərirdi. Barak Obama isə deyib ki, o, prezidentliyə daha yaxşı namizəddir, belə ki, beş il bundan öncə Hilari Klintonun Senatda etdiyi kimi, İraq müharibəsinin başlamasına səs verməyib.

XS
SM
MD
LG