Accessibility links

ABŞ-da "Super çərçənbə axşamı" ilkin seçkilərin nəticələri açıqlandı


Respublikaçı senator Con Makkeyn “Super çərşənbə axşamı” ABŞ-ın 24 ştatında seçkilərdə öz partiyasından nominasiya edilmək üçün mühüm qələbə əldə edib. Demokrat senatorlar Hilari Klinton və Barak Obama hər biri bir neçə mühüm ştatda qələbə əldə etsələr də, həlledici üstünlüyə malik deyillər.

Con Makkeyn 9 ştatda əsas rəqibləri üzərində qələbə çalıb. Buraya ölkənin əhalisi ən çox olan Kaliforniya, Nyu York və İllinoys kimi böyük ştatları da daxildir. O, prezidentliyə nominasiya olunmaq üçün öz partiyasından nümayəndlərin yarısının səslərini ala bilib. Makkeynin əsas rəqibləri, keçmiş qubernatorlar Mit Romni və Mayk Hakabi hərəsi bir neçə ştatda qələbə qazanıblar. Lakin bu ştatlar partiyadan nominasiya olunmaq üçün qurultaya kifayət qədər nümayəndə göndərə bilmirlər.

Hilari Klinton və Barak Obama Demokrat partiyasının ilkin seçkilərində qələbələr qazanıblar, lakin onların heç biri seçkilərin aydın qalibi ola bilməyib. Klinton partiyasından nominasiya olunmaq üçün ən çox nümayəndəyə malik olan üç mühüm ştatda, Kaliforniya, Nyu York və Massaçusetsdə qələbə əldə edib.

Barak Obama daha çox ştatda qalib olsa da, ümumilikdə daha az nümayəndə qazana bilib.

XS
SM
MD
LG