Accessibility links

ABŞ və İraq rəsmiləri Əl-Qaidənin uşaqlara təlim keçdiyini bildirir


ABŞ və İraq rəsmilərinin bildirdiyinə görə, Amerika hərbi qüvvələrinin İraqda Əl-Qaidənin gizləndiyi yerlərdə keçirdiy reydlər zamanı terrorçuların uşaqlara mülki şəxsləri oğurlamaq üçün təlim keçdiyinə dəlillər aşkar edilib. Bu gün İraqda müxbirlərə 10 yaşlarında olan qara maska taxmış oğlanlara insanları oğurlayıb, silahı onların başına tutmaq öyrədildiyi nümayiş etdirilən video kaset göstərilib. ABŞ hərbi qüvvələri bildirir ki, bu video kasetlər Əl-Qaidənin Bağdaddan şimalda Xan Bani Saad bazasında dekabr ayında tapılıb. İraqdan alınan digər məlumatda isə deyilir ki, bu gün Bağdaddan cənubda Divaniyadə yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində dörd adam ölüb, altı adam yaralanıb.
XS
SM
MD
LG