Accessibility links

ABŞ dövlət katibi və Britaniya xarici işlər naziri Qəndəharda olublar


ABŞ dövlət katibi Kondaliza Rays və Böyük Britaniya xarici işlər naziri Deyvid Miliband əvvəllər Talibanın sığınacağı olmuş Əfqanıstanın Qəndəhar vilayətinə gözlənilməz səfər ediblər. Raysın sözlərinə görə, Qəndəhara getməkdə məqsəd paytaxt Kabildən kənara çıxaraq daha fəal ərazilərə baş çəkməkdir.

Miliband isə deyib ki, regionun Əfqanıstan mövqeyində və tarixdə ikonalı statusu olduğu üçün seçimlərini paytaxta yox, oraya ediblər. Daha əvvəl xanım Rays Əfqanıstandakı çəkişmələr barədə jurnalistlərə açıqlama vermiş və orada yaraqlılarla mübarizəni davam etdirmək üçün koalisiyanın daha çox qüvvəyə ehtiyacı olduğunu bildirmişdi.

Dünən Londonda ABŞ dövlət katibi Əfqanıstanda NATO qüvvələrinin real sınaq qarşısında olduğunu və alyans üzvlərinin Talibana qarşı mübarizəni genişləndirməli olduğunu dilə gətirib.

XS
SM
MD
LG