Accessibility links

ATƏT Rusiyaya müşahidəçi göndərməkdən imtina edib


ATƏT Rusiyada martın 2-də keçiriləcək prezident seçkilərinə müşahidəçilərini göndərməyəcək. Təşkilatın açıqladığı bəyanatda Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin seçkiləri münbit şəraitdə müşahidə etməyə imkan vermədiyi deyilir. ATƏT və Rusiyanın xarici işlər naziri Sergey Lavrov monitorinqin başlaması tarixi barədə danışıqlar aparıblar. Razılığa gəlinməyən məsələlərdən biri Rusiyanın müşahidəçilərə seçkilərin müşahidəsinin hazırlıqlarına erkən başlamasına icazə verməməsidir. ATƏT bu tarixin fevralın 15-dən başlanmasını istəsə də, Kreml fevralın 20-dən tez müşahidəçilərə ölkəyə daxil olmağa icazə verməyəcəyini bildirib.
XS
SM
MD
LG