Accessibility links

Demokrat namizədlər həlledici qələbəyə nail olmağa çalışırlar


Demokarat partiyasından prezidentliyə namizədlər - ABŞ senatorları Hillari Klinton və Barak Obama bu gün üç yarışda həlledici qələbəyə nail olmağa çalışırlar. Obama və Klinton Vaşinqton ştatında ilkin seçkilər, Luiziana və Nebraskada isə kokuslarda iştirak edir. Sabah onları Meyn ştatında yarışlar gözləyir. Yarışların qalibi noyabr ayında keçiriləcək prezident seçkilərində respublikaçı namizədlə yarışa qoşulacaq.

Bu gün Kanzas, Luiziana və Vaşinqton ştatlarındakı yarışlarında respublikaçıları güclü dəstək verilən senator Makkeyn təmsil edir.

XS
SM
MD
LG