Accessibility links

Çex Respublikası qanunvericilərinin səsverməsi nəticə verməyib


Çex Respublikasının qanunvericilərinin ölkənin gələcək prezidentinin seçilməsi ilə bağlı səsverməsi nəticə verməyib. Cümə günü keçirilən iki və bugünkü üçüncü səsvermə rəqib namizədlər Vatslav Klaus və Yan Svejnara lazımı səsləri qazandıra bilməyib. Deputatlar Palatasının sədri Miloslav Vlçek növbəti səsvermənin gələn gümə günü, fevral ayının 15-nə təyin edib. 66 yaşlı mühafizəkar Klaus 2003-cü ildə prezident seçilmişdi. 17 yaşında ikən kommunist ölkəsini tərk edən Svejnar isə Amerika vətəndaşıdır.

XS
SM
MD
LG