Accessibility links

Əfqanıstandakı ağır hava şəraiti yüzlərlə insanın ölümünə səbəb olub


Əfqanıstandakı ağır hava şəraiti səbəbi ilə 750-dən artıq adamın həlak olduğu bildirilir. Milli Fəlakət menecmentinin rəsmiləri ağır qar səbəbi ilə 500-dən artıq evin sıradan çıxıdığını, on minlərlə evə ziyan dəydiyini bildirir. Kəndlərə aparan əsas yollar bağlanıb. Şaxtalı hava iribuynuzlu mal-qaranın məhvinə yol açıb. Bəzi valideynlər yedizdirə bilmədikləri üçün uşaqlarını satmağa məcbur olub. Soyuq hava şəraiti onsuz da ərzaq qıtlığı çəkən Əfqanıstanda taxılın qiymətini iki dəfə artırıb.
XS
SM
MD
LG