Accessibility links

Quantanamodakı məhbuslara qarşı ittihamlar irəli sürüləcək


ABŞ rəsmiləri bildirirlər ki, Quantanamo hərbi bazasında saxlanılan 6 məhbusa qarşı 2001-ci il sentyabrın 11-i terror hücumları ilə bağlı rəsmi ittihamlar irəli sürüləcək. Rəsmilərin sözlərinə görə hərbi prokurorlar qarşısına ittiham irəli sürülən şəxsin edam olunmasını tələb edəcəklər. Lakin hələlik son qərar qəbul edilməyib. Bu ittihamlarla üzləşən şəxslərin sırasında Osama Bin Ladenin köməkçisi olmuş Xalid Şeyx Məhəmməd də var. ABŞ məhkəmələrində konstitusiya əsasında problemlərlə qarşılaşmış məhkəmələr yeni siyasi və qanuni şikayətlərlə üzləşə bilər.
XS
SM
MD
LG