Accessibility links

Birma müxalifəti konstitusiya üzərində referendum məsələsinə ehtiyatla yanaşır


Birmada müxalifət və insan hüquqları fəalları hərbi hökumətin 2010-cu ilin mayında yeni konstitusiya üzərində referendum keçirəcəyi haqda bəyanatına ehtiyatlı reaksiya verib. İnsan hüquqları qrupları xəbərdarlıq edir ki, hökumət bu taktikadan istiafə edərək, ötən il etiraz aksiyalarını zorakılıqla dağıtdıqdan sonra artan beynəlxalq təzyiqi yüngülləşdirməyə yönəlmiuş ola bilər.

Qeyd edək ki, Buddist rahiblərin rəhbərlik etdiyi yürüşlərin dağıdılması nəticəsində ən azı 31 adamın həlak olduğu və çox sayda insanın yaralandığı xəbər verilir. Hökumət dünən elan edib ki, hərbi hakimiyyətdən demokratik sivil hakimiyyətə keçməyin vaxtı çatıb. Müxalifətdə olan Milli Demokratiya Liqası açıqlamanın qeyri-müəyyən olduğunu bildirir.

XS
SM
MD
LG