Accessibility links

ABŞ-ın müdafiə nazirinin İraq səfəri başa çatdı


İki günlük İraq səfərini başa vuran ABŞ-ın müdafiə naziri Robert Geyts İraqdakı hərbi komandirinin fikri ilə razılaşdığını bildirərək, Amerikanın İraqdakı qüvvələrinin ixtisarına iyul ayında əsgərlərin oranı tərk etməsindən sonra fasilə verilməli olduğunu deyib. Robert Geyts Bağdadda ABŞ və koalisya qüvvələrinin komandiri general Deyvid Petreyeslə görüşdən sonra bunları deyib. General Petreyes İraqda təhlükəsizliyin vəziyyətinin araşdırılması məqsədi ilə qüvvələrin ixtisarının dayandırılmalı olduğunu bildirmişdi. ABŞ-ın müdafiə naziri Robert Geyts isə demişdi ki, əlavə briqadaların İraqı tərk etməsindən sonra ayda 3500 nəfərdən ibarət əsgəri qüvvənin İraqdan çıxarılacağına ümid edir. Bu gün Bağdadda iki maşına yerləşdirilmiş bomba partlayışı səbəbi ilə 11 adam həlak olub. Polis partlayışların təqribən eyni vaxtda cənub Yədriyə məhəlləsində baş verdiyini deyir. Associated Press İraqın hərbi qüvvələrinin söçüsünə istinadən bildirib ki, hücumların hədəfi Əl-Qaidəyə qarşı mübarizə aparan qüvvələrə qoşulan sünni dəstə başçıları olub.

XS
SM
MD
LG