Accessibility links

İranlılar İslam İnqilabının 29-cu ildönümünü qeyd edirlər


" hspace=2 src="/azerbaijani/images/AFP_Irans_President_Mahmoud_Ahmadinejad_flashes_V_at_power_plant_30_Jan_08.jpg" width=210 align=left vspace=2 border=0>İran prezidenti Mahmud Əhmədinejadın sözlərinə görə, ölkəsi nüvə proqramı ilə bağlı fəaliyyətlərindən əl çəkməyəcək. Cənab Əhmədinejad bu gün İslam İnqilabının 29-cu ildönümünə həsr edilmiş yürüş zamanı bu açıqlamanı verib. İldönümü qeyd edən 10 minlərlə iranlının çoxu “Amerikaya ölüm” şüarları səsləndirib. Paytaxt Tehranda prezident yürüş iştirakçılarına deyib ki, İrana nüvə məqsədlərini dayandırmağa təzyiq göstərən qərb qüvvələri yalnız kağızla oynayır. Prezident Əhmədinejad İranın istehsal etdiyi ilk peykin gələn il kosmosa gündəriləcəyinə ümid etdiyini bildirib.
XS
SM
MD
LG