Accessibility links

Demokrat partiyasının Meyn ştatındakı ilkin seçkilərinin qalibi Barak Obama olub


ABŞ senatoru Barak Obama şimal-şərq Meyn ştatında Demokrat partiyasının ilkin seçkisində qələbə əldə edib. O, səslərin 59, demokrat partiyasından prezidentliyə digər namizəd senator Hilari Klinton isə 40 faizini qazanıb. Obama şənbə günü Luiziana, Nebraska və Vaşinqton ştatlarında ilkin seçkilərin qalibi olub. Bu qələbələr onun rəqibindən 20 faiz fərqlə əldə edilib. Demokrat partiyasından iki senator ölkə üzrə ilkin seçkilərdə rəqabət apararaq, noyabr ayında prezident seçkisində iştirak etmək üçün partiyadan vahid namizəd olmaq istəyirlər. Bazar günü senator Hilari Klinton seçki kampaniyasının menecerini dəyişib.
XS
SM
MD
LG