Accessibility links

İsrail İranın qeyri-adi silahlar istehsal etməyə çalışdığına inanır


İsrailin baş naziri Ehud Olmert hökumətinin İranın hələ də nüvə proqramından istifadə etməklə qeyri-adi silahlar istehsal etməyə çalışdığına inandığını deyib. Bu gün Almaniya kansleri Angela Merkellə danışıqların ikinci günü Berlində müxbirlərlə görüşən baş nazir Olmert İranı nüvə fəaliyyətlərindən çəkindirmək üçün hərbi əməliyyatların istisna edilmədiyini bildirib. İsrail lideri həmçinin onun hökumətinin Mahmud Abbas və baş nazir Salam Fəyyadın rəhbərlik etdiyi Fəlsətinin Muxtar İdarəsi ilə sülh müzakirələrinin davam etdiriləcəyini deyib. Ehud Olmert Qəzzadakı Həmas yaraqlılarına qarşı təzyiqlərə son qoyulmayacağına da vəd verib.

XS
SM
MD
LG