Accessibility links

Amerikalı ekspert İranda mühafizəkar  və  ‘mötədil’ qüvvələr arasında mübarizə getdiyini deyir


İran İslam İnqilabının 29-cu il dönümü münasibətilə fikirlərinə müraciət etdiyimiz Xarici Siyasət Şurasının Ekperti İlan Berman hazırda İranda ölkənin iqtisadi və siyasi cəhətdən Qərblə yenidən bütövləşməsini istəyən qüvvələrlə Prezident Əhmədinəjadın da daxil olduğu daha mühafizəkar qüvvələr arasında mübarizə getdiyini deyir : ‘ Hazırda İran daxilində ölkənin dünyaya təkcə iqtisadi cəhətdən yox, siyasi və sosial cəhətdən də bütövləşməsini istəyən mötədil qruplarla Ayətullah Xomeyni kimi təcrid siyasətini və dəyərlərini dəstəkləyən Əhmədinəjad və onu müdafiə edən qüvvələr arasında mübarizə gedir.’

Expert İranın nüvə proqramını davam etdirməsi məsələsi ilə bağlı bunları söyləyir: ‘Əsas məsələ İranın nüvə proqramına malik olması deyil. Dünyada nüvə proqramına malik çoxlu ölkə var. Məsələ belə bir proqrama və texnologiyaya malik olan rejimin mahiyyətidir’

O qeyd edir ki, ‘Birləşmiş Ştatlar bu rejimin belə bir texnologiyanı mənimsəmək istəməsi ilə bağlı niyyəti, amalları və onun əlindəki imkanlar barədə olduqca narahatdır. Çünki bu rejim niyyətinin yaxşı olmadığını, dövlət kimi terrorçuluğu himayə etdiyini, regionda yerləşən ölkələr üçün dağıdıcı bir qonşu olduğunu artıq sübut edib.’

Ilan Berman söyləyir ki, İranın nüvə silahı əldə etməsinin sabitliyi pozacağının səbəbi təkcə texnologiya, yaxud da silahlara malik olmasında deyil, əsl narahatlıq 'düyməyə kimin basacağı'dır.

Nüvə silahına malik bir İranın qonşuları üçün təhlükə təşkil edib- etməyəcəyi barədə sualımızın cavabında isə cənab Berman söyləyib: ‘İran ideoloji və siyasi cəhətdən avanturist bir ölkə olduğunu sübut edib. Onun nə qədər qorxulu olduğunun misallarını keçən iyirmi il ərzində Livanda və İran körfəzi regionunda görmək olar. İranın özünün nə qədər güclü bir ölkə olduğuna inanmasına paralel olaraq bu avanturizm də artır. İran rejimini saxlayan ideologiya İran belə bir imkana malik olsa daha da güclənəcək.

Xarici Siyasət Şurasının eksperti İlan Berman söyləyir İranın qonşuları bunun fərqində olmalıdırlar ki, nüvə qabiliyyətinə malik bir İranın region ölkələrində sabitliyi saxlamaq yox, pozmaq ehtimalı xeyli güclüdür.

Xatırdaq ki, İran rəsmiləri dəfələrlə təkrar ediblər ki, bu ölkənin nüvə proqramı sülh məqsədlidir və o, nüvə silahları əldə etməyə çalışmır.



XS
SM
MD
LG