Accessibility links

Gürcüstan müxalifətinin lideri vəfat edib


Gürcüstanın müxalifət liderinin yardımçıları bildiriblər ki, biznesmen dünən gecə London yaxınlığındakı evində infarkt keçirərək ölüb. Badri Patarkaşvili Gürcüstan rəsmiləri tərəfindən hökumətin devrilməsi cəhdində ittiham olunandan qısa bir müddət sonra keçən il Böyük Britaniyaya gəlmişdi. Bununla yanaşı, Patarkatsişvili bu ilin yanvarında keçirilən prezident seçkilərində mübarizə aparmış və 7 faiz səs toplamışdı. Britaniya polisinin bildirdiyinə görə, milyarderin ölümü araşdırılır. Patarkatsişvili bir müddət əvvəl Gürcüstan hökumətini ona süi-qəsd hazırlamaqda ittiham edirdi.
XS
SM
MD
LG