Accessibility links

Avropa Birliyi və Rusiya arasında Kosovoya dair danışıqlar nəticə verməyib


Avropa Birliyi və Rusiya Serbiyadan ayrılmaq istəyən Kosovo vilayətinin gələcəyinə dair 11 saat sürən danışıqlarda aralarındakı fikri ayrılıqlarını azalda biməyə nail olmayıblar. Lakin Moskva bəyan edib ki, vilayət Serbiyadan ayrıldığını elan etsə, ona qarşı sanksiyalar tətbiq etməyəcək. Rusiya Xarici işlər naziri Sergey Lavrov bu açıqlamaları bu gün Sloveniya paytaxtı Lyublyanada Avropa Birliyinin rəsmilərilə görüşündən sonra verib. Serbiya v onun ənənəvi müttəfiqi olan Rusiya Kosovonun qarşıdan gələn günlər ərzində gözlənilən müstəqilliyini elan etməsinə kəskin etiraz edirlər. Birləşmiş Ştatlar və bəzi Avropa ölkələri Kosovonun müstəqilliyini dəstəkləyirlər.
XS
SM
MD
LG