Accessibility links

ABŞ dövlət katibi Rusiyanın son bəyanatlarını qəbuledilməz adlandırıb


ABŞ-ın dövlət katibi Kondoliza Rays Rusiyanın Ukraynaya qarşı son təhdidlərini qəbuledilməz adlandırıb. Senat komitəsində xanım Rays Rusiya-Ukrayna münasibətlərində bəzi müsbət aspektlərin olduğunu deyib. Ancaq o, Rusiya prezidenti Vladimir Putinin dünənki bəyanatlarını ABŞ-Rusiya əlaqələrinə kömək etməyəcək tənbeh olunası ritorika adlandırıb. Rusiya lideri Ukraynanın NATO-ya qoşulmaq səylərini davam etdirəcəyi halda onun nüvə raketlərini hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib. Ukrayna prezidenti Viktor Yuşenko ilə birgə mətbuat konfransında danışan cənab Putin Ukraynanın işlərinə müdaxilə etməyə çalışmadığını deyib. Ancaq onun bildirdiyinə görə, Ukraynanın NATO-ya inteqrasiyası Rusiyanın cavab addımları atmaq ehtiyaclarını artırır.
XS
SM
MD
LG