Accessibility links

Rəsmi Tehran ABŞ və İran rəsmilərinin İraqla bağlı növbəti görüşünün keçirələcyini elan edib


Rəsmi Tehran bildirib ki, ABŞ və İran rəsmiləri İraqda təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdırılmasına dair danışıqların dördüncü raundunu bu həftə cümə günü keçirəcəklər. İranın rəsmi İRNA xəbər agnetliyi Xarici işlər nazir Mənüçehr Möttəkiyə istinadən bildirib ki, ABŞ-İran görüşü ekspertlər səviyyəsində keçiriləcək. Assoşieyted Press agentliyi İraq baş naziri Nuri əl-Məlikiyə istinad edərək görüşlə bağlı məlumatı təsdiq edib. ABŞ rəsmiləri hələlik bu məlumatı təsdiq etməyiblər. Xatırladırıq ki, Birləşmiş Ştatlar və İran rəsmiləri aralarında diplomatik münasibətlərdə
27 illik fasilədən sonra ilk dəfə olaraq keçən il Bağdadda görüşüblər. ABŞ-ın İraqdakı səfiri Rayan Kroker və onun iranlı həmkarı Həsən Kazemi Qumi arasında üç görüş keçirilib.
XS
SM
MD
LG