Accessibility links

Hezbullah İsraillə müharibəyə hazır olduğunu deyir


Hezbullah şiə yaraqlı qrupunun lideri deyib ki, o, İsraillə açıq müharibəyə hazırdır. Bu bəyanatı Həsən Nəsrulla Livan paytaxtı Beyrutda, minlərlə tərəfdarı qarşısında verib. Nəsrulla Suriya paytaxtı Dəməşqdə öldürülümüş Hezbullah komandiri İmad Mugniyenin dəfn mərasimində çıxış edib.

Hezbullah və onun başlıca müttəfiqi İran qətldə İsraili günahlandırır. İsrail isə bu iddiaları rədd edir. Dünənki hadisənin ardınca İsrail mümkün qisas hücumlarına qarşı bütün səfirliklərinin sayıqlığını artırıb.

XS
SM
MD
LG