Accessibility links

İran Amerika ilə ekspertlər səviyyəsində  görüşü təxirə salıb


İraq və ABŞ rəsmilərinin bildirdiyinə görə, İran Amerika ilə ekspertlər səviyyəsində keçiriləcək görüşü təxirə salıb. İraqın təhlükəsizliyinə dair müzakirələrin nəyə görə təxirə salındığına dair Tehran izahat verməyib. Assoşieyted Press ABŞ səfirliyinin nüamyəndəsinə istinadən bildirib ki, İran danışqılara hazır olmadığı üçün bu qərara gəlib. İraqın təhlükəsizliyinə dair bu dördüncü görüş sabah Bağddada təşkil edilməli idi.

Bu arada İraq polisi maşına yerləşdirilmiş bomba partlayışı səbəbi ilə Bağdadın Sədr bölgəsində 4 adamın həlak olduğu, 28 nəfərin yaralandığını bildirir. Rəsmilər hadisənin günorta baş verdiyini deyirlər. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

XS
SM
MD
LG