Accessibility links

Britaniya Badri Patarkatsişvilinin təbii səbəbdən öldüyünü deyib


Britaniya polisinin bildirdiyinə görə, Gürcüstanın müxalifət lideri Badri Patarkatsişvili təbii səbəblərlə dünyasını dəyişib. Lakin toksikoloji ekspertizanın keçirilməsi hələ də nəzərdə tutulur. Polis bu açıqlamanı 52 yaşlı müxalifət liderinin qəfil ölümündən sonra keçirilən testlərin nəticələrinə əsasən verib. Müxalifət nümayəndələri isə onun ölümünün şübhəli olduğunu deyirlər.

Prezident Mixail Saakaşvilinin tənqidçilərindən olan Patarkatsişvili prezident seçkilərində onun rəqibi olmuşdu. O, bir neçə həftə əvvəl susi-qəsd cəhdinin hədəfi olduğunu demişdi.

XS
SM
MD
LG