Accessibility links

Çikaqo şəhər Universitetində 6 tələbə öldürülüb


İllinois ştatının Çikaqo şəhər Universitetində 6 tələbənin ölümünə səbəb olan silahlı şəxsin universitetin keçmiş tələbələrindən biri olduğu müəyyən edilib. Şimali İllinois Universitetinin leksiya zalına daxil olan həmin şəxsin atəşə tutduğu tələbələrin 3 yerindəcə dünyasını dəyişib. Özünü öldürməzdən əvvəl o, 16 adamın yaralanmasına səbəb olmuşdu. Öldürülənlərin dördünün qadın olduğu bildirilir. Universitetinin prezidenti Con Peters silahlı şəxsin 2007-ci ildə universiteti bitirdiyini və təhsilini başqa bir universitetdə davam etdirdiyini deyib. 25000 tələbənin yaşadığı korpus bu gün bağlanmışdır.

XS
SM
MD
LG