Accessibility links

Prezident Buş Afrika ölkələrinə ikinci dəfə səfərə çıxacaq


Bu gün ABŞ prezidenti Corc Buş ikinci dəfə Afrikaya səfərə çıxmalıdır. Səfəri çərçivəsində Corc Buş Benin, Tanzaniya, Ruanda, Qana və Liberiyada olacaq. Lakin dünən prezident demokratların nəzarəti altında olan Nümayəndələr Palatasının daxili kəşfiyyat proqramını təsdiq etməməsinə görə səfərini yubada biləcəyini demişdi. Hazırkı qanun sabaha qədər qüvvədədir.

ABŞ prezidenti Amerikanın öldürücü xəstəliklərlə mübarizə, iqtisadi artım və Afrika qitəsinin inkişafı səylərini önə çəkməlidir. Prezident Buş gələn 5 il ərzində HİV və QİÇS xəstəlikləri kimi epidemiyaların müalicəsinə 30 milyard dollar vəsait ayrılmasını təklif edir.

Corc Buş səfəri zamanı Afrika ölkələrinin liderləri ilə görüşüb, Keniyadakı siyasi böhranı müzakirə edəcək. Amerikanın dövlət başçısının həm də Sudanın Darfur vilayətinə BMT və Afrika Birliyinin sülhməramlı qüvvələrinin yerləşdirilməsini də müzakirə mövzusu edəcəyi gözlənilir.

XS
SM
MD
LG