Accessibility links

Serbiya prezidenti Avropa Birliyinə inteqrasiya edəcəyinə söz verib


Serbiya prezidenti Boris Tadiç Kosovonu ölkəsinin nəzarəti altında saxlamaqla Avropa Birliyinə inteqrasiya edəcəyinə söz verib. Serbiya lideri bu vədi paytaxt Belqradda ikinci dönəm prezidentliyə andiçmə mərasimi zamanı verib. Bu mərasim Kosovonun etnik alban çoxluğunun yaxın günlərdə müstəqillik elan etməsi ərəfəsində keçirilir.

Bir az öncə Rusiya xəbərdarlıq edib ki, Kosovonun müstəqilliyinin tanınması onun Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələri ilə bağlı siyasətinə təsir göstərə bilər. Lakin Rusiya xarici işlər naziri Moskvanın hansı addımlar atacağını bildirməyib.

XS
SM
MD
LG