Accessibility links

Fələstinli yaraqlılar Qəzzada partlayışa cavab olaraq İsraili raket atəşinə tutublar


İsrail ordusunun rəsmiləri bildirirlər ki, fələstinli yaralıqları bu gün Qəzza zolağından İsrail ərazisinə bir neçə raket atıblar. Partlayışların az zərərə səbəb olduğu bildirilir. Raket atəşi Qəzza zolağında cümə günü baş vermiş partlayış zamanı İslamçı Cihad qrupunun komandirlərindən biri Ayman əl-Fayedin qətlinə cavab kimi qiymətləndirilir. İslamçı yaraqlılar onun qətlinə görə qisas alacaqlarına söz vermişdilər. İslamçı Cihad və şahidlər partlayışa İsrailin atdığı raketlərin səbəb olduğunu bildirib. Lakin İsrail hər hansı hərbi müdaxiləni inkar edir. Cümə günü bomba hücumu zamanı Ayman əl-Fayedin evi dağıdılmış və Qəzza şəhəri yaxınlığındakı Büreyc qaçqın düşərgəsində bir neçə evə zərər dəymişdir. Partlayış zamanı əl-Fayedin həyat yoldaşı və iki uşağı daxil omaqla, yeddi fələstinli qətlə yetirilmişdir. 40-ya yaxın adam hadisə zamanı yaralanmışdır.
XS
SM
MD
LG