Accessibility links

Rəsmi Pxenyan nüvə proqramından tam əl çəkmək üçün vədlər istəyir


Şimali Koreyadan yenicə qayıtmış ABŞ nüvə eksperləti deyirlər ki, rəsmi Pxenyan özünün nüvə proqramını tam dayandırmasından öncə enerji yardımı haqda vəd almaq, Birləşmiş Ştatların terrorçuluğa dəstək verən ölkələr siyahısından çıxarılmaq və sanksiyalara son qoyulmasını istəyir.

ABŞ ekspertlərindən ibarət qrupa Stanford universitetindən fizik alim, Dövlət Departamentini keçmiş diplomatı və ABŞ senatoru Riçard Luqarın ofisinin nümayəndəs daxil olublar. Onların səfəri rəsmən Amerika hökuməti tərəfindən maliyyələşdirilməmişdir. Ekspertlərin bildirdiyinə görə, Şimali Koreya Yonqobuyon reaktorunun tam sıradan çıxarılması prosesini ləngitməyə başlayıb. Oktyabr ayında əldə olunmuş razılığa əsasən reaktor keçən ilin sonuna qədər sıradan çıxarılmalı idi.

XS
SM
MD
LG