Accessibility links

Xarici Siyasət Şurasının eksperti İlan Bermanla İranda İslam İnqilabının 29-cu ildönümünü mövzusunda müsahibə


Ekspert İlan Berman İranda İslam İnqilanın 29-cu il dönümündə İran rejiminin region ölkələri ilə münasibətləri və bu ölkələrdəki fəaliyyətləri haqda deyir ki, İranın qonşu dövlətlərlə əlaqələrinə onun İraqdakı fəaliyyətləri yaxşı nümunədir. O deyir ki, İranın qonşu ölkələrlə bağlı siyasətinin bu ölkələrə müdaxilə səylərinin mühüm nümunəsi onun İraq daxilindəki siyasi proseslərə Tehranın xeyrinə müdaxilə üçün xüsusiylə Şiələrin yaşadığı İraqın Cənub hissəsindəki geniş fəaliyyətləridir. İranın İraqın cənubundakı belə fəaliyyətləri ABŞ qoşunları və kəşfiyyatı tərəfindən artıq aşkar edilib.

Ekspert qeyd edir ki, İran bu siyasətini regiondakı digər ölkələrdə isə başqa formada həyata keçirir.

İran Türkiyə kimi başqa ölkələrə də təsir göstərməyə çalışır və bu da təbiidir, çünkü İran regionun öz maraqlarına uyğun olaraq formlalaşmasını istəyir, bu isə eyni zamanda sabitliyi poza biləcək bir təsirdir, xüsusilə Birləşmiş Ştatlarla dost olan, onunla əməkdaşlıq edən Azərbaycan və Türkiyə kimi ölkələr üçün.

O, İranın Azərbaycanla əlaqələri barədə deyir ki, İran rejimi praktiki səbəblərə görə narahatdır çünkü İranda yaşayan Azərbaycanlıların sayı, Azərbaycan respublikasındakı Azərbaycanlıların sayından çoxdur: “İranın Şimal Qərbində Azərbaycan respublikasındakından daha çox Azərbaycanlı yaşayır. Buna görə də İran rəsmiləri ölkənin Şimalında seperatçı cərəyanlar potensiyalı barədə olduqca narahatdır.”

Xarici siyasət şurasının eksperti İranın Azərbaycanla bağlı dini təbliğatını sərhəddin iki tayındakı Azərbaycanlılar arasında milli kimlik məsələsiylə əlaqələndirir. O deyir ki, İranın Azərbaycandakı dini təbliğatının məqsədi inqilabı ixrac etməkdən çox, İranın Şimalındakı və Azərbaycan respublikasındakı Azərbaycanlılar arasında nəzarətsiz etnik, millətçi və mədəni əlaqələrin yaranmasının qarşısını almaqdır.

Cənab Berman İranda qeyri fars xalqların hüquqları barədə isə deyir ki, çoxlu etnik və dini qrupu öz tərkibində birləşdirən İranda hakimiyyəti əlində saxlayan qüvvələr millətçi, etnik, mədəni və sosial fikirlərin sərbəst olaraq ifadə edilməsinin öz xeyirlərinə olmadığını başa düşürlər:“ İran, ən böyüyü Azərbaycanlılar olmaqla çoxlu etnik və dini qrupları öz tərkbində birləşdirib. Tehrandakı rejimin ən mühüm narahatlığı ondan ibarətdir ki, İran liderləri popyüler olmadıqlarına görə və hakimiyyəti itirə biləcəklərindən çəkindiklərinə görə bilirlər ki, əgər millətçi, etnik, mədəni, sosial fikirlər sərbəst olaraq ifadə edilə bilsə bu İran rejiminin xeyrinə olmayacaq, əleyhinə olacaq”.

Ekspert söyləyir ki, Tehran rejiminin İran Azərbaycanına münasibəti bu narahatlığın nəticəsidir, İranın Ayetullaları qorxurlar ki, bu ölkədə etnik qruplar siyasi cəhətdən güclənsələr onda İranın parçalanması prosesi başlaya bilər.

XS
SM
MD
LG