Accessibility links

ABŞ prezidenti Corc Buş Tanzaniyadadır


ABŞ prezidenti Corc Buş bu gün Dər Əs Salamda Tanzaniya prezidenti ilə görüş keçirib, Tanzaniyanın iqtisadi inkişafına yardım məqsədi ilə o ölkəyə 700 milyon dollarlıq qrant verilməsinə dair razılıq imzalayıb. Tanzaniya prezidenti Yakaya Kikvete ilə birgə mətbiat konfrasında çıxş edən prezident Buş Amerika Konqresini QİÇS-lə mübarizəyə qarşı qlobal planın yeniləşdirilməsinə çağırıb. Belə ki, prezident bu proqrama ayrılan 15 milyard dollarlıq vəsaitin iki dəfə artırılaraq 30 milyarda yüksəldilməsini istəyir. Tanzaniya prezidenti ABŞ liderinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

XS
SM
MD
LG