Accessibility links

Corc Buş Tanzaniyada malyariya xəstəliyi ilə mübarizə səylərini təbliğ edir


Bu gün ABŞ prezidenti Corc Buş Tanzaniyanın uçqar bölgələrinə səfər edərək, ABŞ-ın ağcaqanadların yaydığı malyariya xəstəliyi ilə mübarizə səylərini təbliğ edib. Prezidentin 2005-ci ildə başladığı mübarizə kampaniyası malyariya səbəbi ilə ölüm hallarını Afrika ölkələrində 50% azaldıb.

Tanzaniya səfərinin ikinci günü prezident Buş birinci xanım Lora Buşla xəstəxanalara baş çəkib, tanzaniyalıların ağcaqanadlardan qorunmaq üçün 5 milyon xüsusi örtüklərlə təmin ediləcəyini elan edib.

Dünən prezident Buş Dər Əs Salamda Tanzaniya prezidenti ilə görüş keçirib, Tanzaniyanın iqtisadi inkişafına yardım məqsədi ilə o ölkəyə 700 milyon dollarlıq qrant verilməsinə dair razılıq imzalayıb.

XS
SM
MD
LG