Accessibility links

Con Makkeyn daha bir nüfuzlu siyasi fiqurun dəstəyini aldı


ABŞ-ın sabiq prezidenti Corc Buş prezidentliyə namizəd senator Makkeynə dəstəyini bildirib. Hazırkı prezidentin atası olan cənab Buş deyib ki, senator Makkeyn növbəti prezident olmaq üçün ən yaxı namizəddir. Öz növbəsində, cənab Makkeyn deyib ki, sabiq prezidentin dəstəyi ona böyük şərəfdir və Respublikaçılar partiyasında birlik işinə kömək edəcək.

Sabiq prezident Corc Buş və senator Makkeyn Texas ştatındakı Hyuston şəhərində danışıblar. Arizona ştatından veteran qanunverici olan Makkeyn Respublikaçılar partiyasından prezidentliyə namizədlər arasında birinci yerdə gedir. Con Makkeyn mühacirət, vergi siyasəti və seçki kampaniyasında islahatlar kimi məsələlərdə onların görüşlərini bölüşmədiyini hesab edən mühafizəkar tənqidçilər üzərində qələbə çalacağına ümid bəsləyir. Keçən həftə Massaçusets ştatının keçmiş qubernatoru, Respublikaçılar partiyasından nominasiya uğrunda yarışdan çıxmış Mit Romni senator Makkeynə dəstəyini bildirdi.

Demokrat partiyasından prezidentliyə namizəd, İllinoys ştatından senator Barak Obama Viskonsin və Havay ştatlarında da ilkin seçkilərdə Nyu York ştatından senator Hilari Klinton üzərində qələbə çalmağa çalışır.

XS
SM
MD
LG