Accessibility links

ABŞ-ın kəşfiyyat peyki məhv edilib


ABŞ-ın Müdafiə Nazirliyinin bildirdiyinə görə, Yer Kürəsindən 200 km yüksəklikdən düşən kəşfiyyat peyki raketlə məhv edilib. Pentaqon bu gün raketin Grinviç vaxtı ilə saat 3:30-da hədəfinə uğurla dəydiyini bildirib. Pentaqon rəsmilərinin dediyinə görə, narahatlığa səbəb olan yanacaq bakının parçalandığına dair sübut artıq əldə edilib. Peyk Yer kürəsinə düşsəydi 450 kq-lıq toksik yanacaq insanların səhhətinə təhlükə törədə bilərdi. 14 ay əvvəl fəzaya göndərilən bu peykin Yer kürəsindəki nəzarət mərkəzi ilə kommunikasiya əlaqəsi kəsildikdən sonra peyk düşməyə başlamışdı. Rusiya və Çin peykin məhv edilməsini tənqid edərək, bunun fəzanın təhlükəsizliyinə hədə törətdiyini deyib. Çin Amerikadan hadisə ilə bağlı dəqiq məlumat tələb edir. Pentaqon peykin vurulmasının Amerikanın yeni anti-peyk silahının sınağı olduğuna dair iddiaları rədd edir.

XS
SM
MD
LG