Accessibility links

Gürcüstanla Rusiya arasında hava nəqliyyatının bərpası barədə razılıq əldə edilib


Rusiya ilə Gürcüstan arasında 2006-cı ildə gərginliklər səbəbilə bağlanılan hava nəqliyyatı əlaqələrinin bərpası barədə razılaşma bu gün əldə olunub. Rusiya Nəqliyyat Nazirliyi tərəfindən açıqlanan bəyanatda deyilir ki, iki ölkə arasında uçuşlar Gürcüstan şirkətlərinin Rusiya Hava Yolları nəzarət agentliyinə borcu qaytaran kimi bərpa olunacaq. Gürcüstan hökuməti hadisə ilə bağlı heç bir açıqlama verməyib. Ölkələr arasında hava nəqliyyatı əlaqələri 2006-cı ildə Gürcüstanın 5 Rusiya hərbçisini casusluq ittihamları ilə həbs etməsindən sonra kəsilmişdi.
XS
SM
MD
LG