Accessibility links

Ermənistanda etiraz aksiyaları davam edir


Ermənistanın yüksək səviyyəli rəsmisi müxalifəti etiraz aksiyalarını davam etdirməyə çağırıb. Ermənistan müxalifəti çərşənbə günü keçirilən prezident seçkilərinin nəticələrinin saxdalaşdırıldığı iddiası ilə nümayişlər təşkil edib. Ermənistan baş prokurorunun müavini, general Qagik Cangiryan bu gün paytaxt Yerevanda, azı 20 000 nümayişçinin qarşısında çıxışı zamanı deyib ki, səsvermə zamanı seçki qanunları pozulub. O, nümayişçiləri öz haqlarını müdafiə etməyə çağırıb.

Bu gün artıq üçüncü gündür ki, seçkilərin nəticələrinin saxdalaşdırıldığı iddiası ilə yürüşlər keçirilir. Aksiya iştirakçıları yeni seçkilərin keçirilməsini tələb edirlər. Prokuror müavini, gereral Cangiryan prezidenti seçkiləri etibarsız elan etməyə çağırıb.

XS
SM
MD
LG