Accessibility links

Şiə ruhanisi Müqtəda Əl-Sədr atəşkəsin müddətini daha 6 ay uzadıb


Mehdi Ordusu adlanan qrupun lideri, İraqın radikal şiə ruhanisi Moqtəda Əl-Sədr ölkədə baş verən zorakılıqların əsas hissəsini təşkil edən hadisələrin qarşısını almaq məqsədi ilə Birləşmiş Ştatlar və İraq hərbi qüvvələri ilə atəşkəsin müddətini daha 6 ay uzadıb. Əl-Sədrə sadiq mollalar bu barədə bəyanatı bu gün açıqlayıblar.

ABŞ rəsmiləri atəşkəsin əhəmmiyyətini vurğulayaraq, keçən ilin iyun ayından bəri zorakılıqların 60% azaldığını deyirlər.

İraqdan alınan digər xəbərlərdə qeyd olunur ki, Bağdadda həyata keçirilən bomba hücumu at arabasının partlamsına səbəb olmuş, nəticədə bir nəfər ölmüşdür. Tikrit şəhərində isə bomba partlayışı iki nəfərin ölümünə, dördünün yaralanmasına səbəb olub.

XS
SM
MD
LG