Accessibility links

Serbiya prezidenti xalqı zorakılıqlara son qoymağa çağırıb


" hspace=2 src="/azerbaijani/images/ap_serbia_Boris_Tadic_15feb08_eng_1951.jpg" width=210 align=left vspace=2 border=0>Kosovonun müstəqillik elanına etiraz edən nümayişçilərin dünən Belqraddakı ABŞ və bir neçə başqa ölkənin səfirliklərinə hücum etmələrindən sonra Serbiyanın prezidenti Boris Tadic əhalini zorakılıqlara son qoymağa çağırıb. Zorakılıqlara haqq qazandırıla bilməyəcəyini deyən Serbiya prezidenti Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Dünən baş verən hadisələr nəticəsində bir adam həlak olub, 130 adam isə yaralanıb. Polis təqribən 200 adamı zorakılıqlarla əlaqədar nəzarət altına alıb.

ABŞ-ın Serbiyadakı səfiri, səfirliyin əsas xidmətlər sahəsində işləməyən kadrlarının və səfirliyin işçilərinin ailələrinin ölkədən çıxarılmasını tövsiyə edib. Serbiyanın baş naziri Voyislav Koştunitsa da hücumlardan məyusluğunu izhar edib. O deyib ki, belə hərəkətlər Serbiyanın Kosovo üzərində nəzarətini saxlama səylərinə zərər vurə bilər. Birləşmiş Ştatlar Belqraddakı səfirliyinin təhlükəsizliyinin lazımi şəkildə təmin olunmaması səbəbilə Serbiyaya etirazını bildirib.

XS
SM
MD
LG