Accessibility links

Türkiyənin İraqın şimalına quru hücumu davam edir


Türk qüvvələri İraqın şimalındakı kürd yaraqlılara qarşı quru hücumlarını davam etdirirlər. Rəsmi Ankaranın bildirdiyinə görə, çərşənbə axşamı axşamdan başlayan əməliyyatlar zamanı 5 türk əsgəri və 44 yaraqlı ölüb. Bununla yanaşı, PKK 20 türk əsgərini əldürdüyünü bildirib. Ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, hücum Türkiyə əhalisini qorumaq məqsədi daşıyır. Türkiyə PKK-ın İraqın sərhəd bölgəsindəki dağlardakı sığınacaqlarına hava hücumları və sərhədlərini aşaraq kiçik miqyaslı hücumlar həyata keçirib. PKK 1984-cü ildən Türkiyədə müxtariyyət almaq uğrunda mübarizə aparır. Bu günədək zorakılıqlar nəticəsində 30 mindən çox insan həlak olub.
XS
SM
MD
LG