Accessibility links

Pakistanda müxalifət koalisiyalı hökumət qurmağa hazırlaşır


Pakistanda koalisiyalı hökumət qurmağa çalışan 2 əsas müxalifət partiyası arasındakı danışıqlar adavam edir. Dünəndən başlayan şəxsi müzakirələr bir vaxtlar sabiq baş nazir Benazir Bhuttonun rəhbəri olduğu Pakistan Xalq Partiyası və digər keçmiş baş nazir Nəvaz Şərifin başçısı olduğu Pakistan Müsəlman Liqası-N partiyasının liderləri arasında aparılır. Partiyalardan olan rəsmilər deyirlər ki, Pakistan Xalq partiyasının vitse-prezidenti Maxdum Amin Fahim baş nazir vəzifəsinə başlıca seçim kimi göstərilib. B.Bhutto və N.Şərifin partiyaları bu həftənin əvvəli parlament seçkilərində müvafiq olaraq birinci və ikinci yeri tutduqdan sonra, qüvvələrini birləşdirmək qərarına gəlib.
XS
SM
MD
LG