Accessibility links

Los Ancelesdə 80-ci Oskar mükafatlarının təqdimatı mərasimi keçiriləcək


Bu gün Los Ancelesdə Amerika Kino Akademiyasının 80-ci Oskar mükafatlarının təqdimatı mərasimi keçiriləcək. Hər il keçirilən mərasimdə ilin ən yaxşı filmləri və onların yaradıcıları mükafatlandırılır. İlin ən yaxşı filmi kateqoriyasında göstərilmiş beş film arasında bu il Corc Kluninin çəkildiyi “Maykl Kleyton” filmi də var.

Oskardan öncə dünən axşam Los Ancelesdə ilin ən pis filmlərinə Razzis mükafatları təqdim edilib. Aktyor Eddi Mörfi rekord göstərərək, ilin pis aktyoru, tərəf müqabili və aktrisası kateqoriyalarında Razzi alıb.

XS
SM
MD
LG