Accessibility links

Türkiyə  kürd üsyançılarına qarşı  hücumlarını davam etdirir


Türkiyənin döyüş təyyarələri və arteleriyası İraqın şimal bölgəsindəki kürd üsyançılarına qarşı hücumlarını davam etdirir. Hücumlar Türkiyə prezidenti Abdulla Gülün bu həftə Afrika səfərini təxirə saldığı vaxta təsadüf edir. İraq hökuməti Türkiyənin İraqın şimalından təcili şəkildə çıxmasını tələb edir. İraq rəsmiləri Türkiyənin hərbi əməliyyatlarını ölkənin təhlükəsizliyi və suverenliyinə hədə adlandırır. Türkiyə bu əməliyyatların Türkiyənin mülki vətəndaşlarını hədəf alan PKK yaraqlılarının susdurulması mahiyyəti daşıdığını bidlirir.

XS
SM
MD
LG