Accessibility links

ABŞ Raul Kastronun hakimiyyəti altında adada dəyişiklik olmayacağını deyir


Birləşmiş Ştatlar Kubanın yeni lideri Raul Kastronun hakimiyyəti altında adada heç bir dəyişiklik gözləmədiyini deyərək, bu ölkədə qoyulan embarqonun qaldırılmayacağını bəyan edib. AĞ Evin sözçüsü Kubada yalnız liderin dəyişdiyini bildirərək, kubalıların hələ də azad və firavan gələcək hüququndan məhrum olduqlarını bildirib.

Avropa Komissiyası isə ətraf mühit və qlobal istiləşmə məsələlərində Kuba hökuməti ilə əməkdaşlıq edəcəyini bildirib.

Qeyd edək ki, dünən Kuba Milli Assambleyası Fidel Kastronun 50 illik hakimiyyətinə son qoyaraq onun Müdafiə naziri olan qardaşı Raul Kastronu prezident təyin edib. Havanada 76 yaşlı Raul Kastronun prezident seçilməsindən sonra o, bütün mühüm dövlət məsələlərində böyük qardaşı ilə məsləhətləşəcəyini deyib. Yeni prezident deyib ki, o, məsuliyyətləri qəbul edir, lakin heç kəs Kubanın inqilabi rəhbərini əvəzləyə bilməz.

XS
SM
MD
LG