Accessibility links

ABŞ müdafiə naziri Indoneziyadadır


ABŞ müdafiə naziri Robert Geyts İndoneziyanın müdafiə imkanlarının artırılması sahəsində o ölkəyə yardım göstəriləcəyinə vəd verib. Bu gün İndoneziya prezidenti və müdafiə naziri ilə görüşlərindən sonra Cakartada müxbirlərlə danışan nazir bildirib ki, Vaşinqton orduda islahatlar aparılması üçün İndoneziyaya yardım göstərməyə hazırdır. Robert Geyts həm də ölkələr arasında daha sıx hərbi əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd edək ki, ABŞ müdafiə naziri Robert Geyts İndoneziyaya getməzdən əvvəl dünyanın ən çox müsəlman əhalisinə malik olan bu demokratik ölkə ilə münasibətlərin dərinləşdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdi.

XS
SM
MD
LG