Accessibility links

İraqda 3 şiə zəvvar kamikadze hücumunun qurbanı olub


Bu gün İraqın Kərbəla şəhərinə yollanan 3 şiə zəvvar kamikadze hücumunun qurbanı olub. Bildirildiyinə görə partlayış nəticəsində 15 adam yaralanıb. Rəsmilər dünən həyata keçirilən hücum nəticəsində ölənlərin sayının 56-a yüksəldiyini bildirilir. Xatırladaq ki, şiə müsəlmanların Ərbain mərasiminə yola düşən zəvvarlar dincəlmək üçün dayandıqları vaxt intiharçı hücumu həyata keçirilmişdi. Amerikanın İraqdakı səfirliyi və ABŞ-ın o ölkədəki hərbi qüvvələri hücuma görə Əl-Qaidəni günahlandırıb.

XS
SM
MD
LG