Accessibility links

Prezident Buş İordaniya kralının ABŞ-a səfərini alqışlayır


ABŞ prezidenti Corc Buş İordaniya kralı Abdulla və kraliça Ranianın gələn həftə Ağ Evə səfərini alqışlamışdır. Bu gün Ağ Evin açıqlamasında bildirilir ki, ABŞ - İordaniya münasibətlərinin müzakirəsi nəzərdə tutulan görüş mart ayının 4-də keçiriliəcək. Ağ Ev eləcə də bildirir ki, ABŞ lideri kral Abdulla ilə danışıqlar zamanı İsrail-Fələstin məsələsinə və Livandakı vəziyyətə də toxunulacağına ümid edir. Danışıqlar müddətində prezident Buşun kral Abdullanı və kralıçanı nahara da dəvət edəcəyi bildirilir.

XS
SM
MD
LG