Accessibility links

ABŞ Müdafiə naziri Dehlidə Hindistan rəsmilərilə görüşüb


ABŞ Müdafiə naziri Robert Geyts deyib ki, Vaişnqtonun Dehli ilə münasibətləri son 15 ildə yaxşlaşıb və o, Hindistana iki günlük səfəri zamanı bu münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inanır. Robert Geyts bu açıqlamaları Hindistan rəsmilərilə danışıqlar aparmaq üçün Dehliyə gəldikdən sonra verib. Hindistan hökumətinin açıqladığı pres-relizdə də səfərin ABŞ və Hindistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirəcəyi xüsusi qeyd edilib. Robert Geyts Hindistanın Daxili işlər və Müdafiə nazirləri, habelə Milli Təhlükəsizlik məsələləri üzrə müşavirlə görüşəcək.
XS
SM
MD
LG