Accessibility links

İraqın Mosul şəhərində intiharçı hücumu həyata keçirilib


Bu gün İraqın Mosul şəhərində bir avtobusun kamikadze hücumuna məruz qalması ilə 9 adam həlak olub, bir neçəsi yaralanıb. Ordunun məlumatında avtobusun Suriyaya yola düşdüyü bildirilir.

ABŞ-ın müdafiə naziriliyinin bildirdiyinə görə, Amerikanın İraqdakı qüvvələrinin sayı keçən illə müqayisədə daha artıq olacaq. Baxmayaraq ki, ilin ortalarında 20 000 əsgərin İraqdan çıxarılması planlaşdırılır. ABŞ-ın general-leytenantı Karter Ham iyul ayınadək İraqdakı qüvvələrin sayının 140 000 nəfər olacağını proqnozlaşdırıb. Bu isə prezident Buşun 2007-ci ildə zorakıqların qarşısının alınması üçün İraqa göndərdiyi əlavə qüvvələrdən 8 min əsgər artıqdır.

XS
SM
MD
LG