Accessibility links

ABŞ-da sələm faizlərinin yenidən azaldılacağı gözlənilir


ABŞ-ın Mərkəzi Bankının prezidenti Ben Bernanke iqtisadi artıma yardım məqsəqi ilə sələm faizlərinin azaldılmasını elan etməlidir. Məqsəd sələm faizlərinin azaldırlması ilə inflyasiya səviyyəsinin artmasına yol verilməməsi üçün iqtisadi artımın tarazlaşdırılmasıdır. Dolların avro qarşısında rekord səviyyədə dəyər itirməsi bu həftə Amerika Birləşmiş Ştatlarının iqtisadi göstəriciləri haqda məlumat verilməsindən sonra təsadüf edir. Qeyd edək ki, 1999-cu ildə valyuta kimi təqdim edilən avro qarşısında dollar hələ bu qədər dəyərsiz olmamışdı. Dolların dəyər itirməsi xam neftin qiymətinin qalxması ilə nəticələnib. Hazırda bir barrel neftin qiyməti 102, qızılın isə 965 dollardır.

XS
SM
MD
LG