Accessibility links

Bugünkü Dəyirmi Masa söhbətinin mövzusu: "Ümumdünya Səhiyyə Təşkilatının son hesabatı və Azərbaycanda vərəm xəstəliyi"dir


Hər çərşənbə axşamı olduğu kimi bu gün də saat 22.30-da Amerikanın səsinin verilişində Dəyirmi Masa söhbəti keçiriləcək. 81 ölkədə 2002-2006-cı illər ərzində 90 min vərəm xəstəsi üzərində aparılan aradırmaların nəticələrinə əsasən Ümumdünya səhiyyə təşkilatı dünən son hesabatını açıqlayıb. Təşkilat hər il dünyada 1.5 milyon insanın tuberkulyoz səbəbi ildə dünyasını dəyişdiyini bildirir. Alimlər bundan əlavə vərəm xəstəliyinin daha çox keçmiş Sovet respublikalarında yayıldığını da aşkar ediblər. Ümumi göstəricilərin 25 faizi Azərbaycanın payına düşür. Siyahını Azərbaycandan sonra Ukrayna, Moldova, Rusiya və özbəkistan davam etdirir. Elə bu səbəbdən Bu dəfəki söhbətimizin mövzusu "Ümumdünya Səhiyyə Təşkilatının son hesabatı və Azərbarcanda vərəm xəstəliyi" olacaq. Siz də suallarınızla verilişdə iştirak edə bilərsiniz. Suallarınızı azerbaijani@voanews.com e-mail ünvanına göndərin. Verilizə canlı qoşularaq qonaqlarımıza suallarınızı da ünvanlaya bilərsiniz. Studiyamızın telefon nömrəsi 1-202-619-3861-dir. Suallarınızı gözləyəcəyik. Sizi maraqlı söhbət gözləyir. Dinləməyi unutmayın

XS
SM
MD
LG