Accessibility links

ABŞ qanunvericisi Con Levis Barak Obamaya dəstək verəcəyini bəyan edib


Amerika Birləşmiş Ştatlarının qanunvericisi və vətəndaş hüquqları müdafiəçisi, əvvəlcə Nyu York senatoru Hillari Klintona dəstək verən Con Levis indi onun rəqibi Barak Obamaya dəstək verəcəyini bəyan edib. Corciya ştatından nümayəndə Levis onun təmsil etdiyi seçki dairəsinin yekdilliklə Obamanı dəstəklədiyini deyib. 1960-cı illərədən vətəndaş hüquqları uğrunda mübarizəyə qoşulan Levis Afrika mənşəli amerikalıdır.

Senator Hillari Klinton kampaniyası isə Ohayo və Texas ştatlarında mart ayının 4-də keçiriləcək praymerisdə qələbə əldə edəcəyinə ümid bəsləyir.

Bu arada Nyu-York meri Maykl Blumberq prezidentlik uğrunda yarışlara qoşulmaq niyyətində olmadığını deyib.

XS
SM
MD
LG